...

Azərbaycanın ombudsmanı Avropa ombudsmanlarının görüşündə iştirak edir

Cəmiyyət Materials 25 Noyabr 2005 14:37 (UTC +04:00)

Azərbaycanın ombudsmanı Elmira Süleymanova Avropa ölkələrinin insan haqları milli institutları ekspertlərinin noyabrın 25-də Parisdə keçirilən iclasında iştirak edir. Bu barədə Trend ə Azərbaycan ombudsman aparatında bildirilib.

İclas Avropa ölkələrinin insan haqları milli institutlarının Əlaqələndirmə Komitəsi tərəfindən təşkil edilib. Tədbirdə insan haqları milli institutlarının fəaliyyəti, onların fəaliyyətinin gücləndirilməsi və digər bu kimi məsələlər müzakirə edilir.

E.Süleymanova Parisdən Honq-Konqa gedəcək və orada Asiya ombudsmanları Assosiasiyasının noyabrın 28-dən dekabrın 1-dək keçirilən IX konfransında iştirak edəcək.

Konfransın iştirakçıları insan haqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsi, habelə fikir mübadiləsi aparacaq. Konfrans çərçivəsində müxtəlif mövzularda sessiyalar keçiriləcək. Azərbaycanın ombudsmanı "Parlament ombudsmanları və ixtisaslaşdırılmış ombudsmanlar: yeni münasibətlər və əməkdaşlıq" mövzusunda məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti