...

Azərbaycanın həndbol üzrə yığmasını Avropa-2006 çempionatının pley-off mərhələsinə çıxışdan bir qələbə ayırır

Cəmiyyət Materials 25 Noyabr 2005 16:20 (UTC +04:00)

Qadınlar arasında həndbol üzrə Avropa-2006 çempionatının seçmə oyununda noyabrın 25-də Portuqaliyada keçiriləcək Litva üzərində qələbə Azərbaycan yığmasını yarışın növbəti raunduna çıxaracaq.

Milli Federasiyada Trend ə bildirilib ki, Valeri Pevnitskinin yetirmələrinə təsnifat turnirində iki qələbədən sonra öz minimum tapşırıqlarını yerinə yetirmək üçün Pribaltika nümayndələri üzərində üstünlük qazanmaq kifayətdir. Amma məşqçi özü belə hesab edir ki, dəfələrlə pley-off mərhələsinə çıxmış və böyük beynəlxalq təcrübəyə malik olan litvalıları qiymətləndirməmək olmaz.

Qeyd etmək lazımdır ki, iki turdan sonra yığma seçmənin liderləri sırasına çıxıb, belə ki, Slovakiya və Portuqaliyanın simasında əsas rəqiblər öz aralarında oyunu heç-heçə nəticə ilə başa vurub.

Xəbər lenti

Xəbər lenti