...

Azərbaycan cudoçuları Avropa Çempionatında iştirakdan imtina edib

Cəmiyyət Materials 25 Noyabr 2005 16:27 (UTC +04:00)

Azərbaycanın cudo üzrə yığması dekabrın 3-də Moskvada start veriləcək Avropa Çempionatında iştirakdan imtina edib.

Komandanın məşqçisi Ağayar Axundzadənin Trend ə bildirdiyi kimi, ən güclü atletlərin iştirak edəcəyi ölkə çempionatı məşqçi qərargahı üçün daha vacibdir. Onun sözlərinə görə, 2003-cu ildə keçirilmiş dünya birinciliyinin bürünc mükafatçısı Mövlud Mirəliyev Avropa çempionatında öz gücünü sınaya bilərdi. Lakin onun aldığı zədə hələ sağalmayıb. "Bütün vəziyyəti nəzərə alaraq və yeni mövsümə lazımi qaydada hazırlaşmaq üçün biz bu yarışda iştirak etməmək qərarına gəlmişik", - deyə A.Axundzadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti