...

Ramil Səfərovun tibbi ekspertizasının nəticələri dekabrın 15-də açıqlanacaq

Cəmiyyət Materials 26 Noyabr 2005 12:01 (UTC +04:00)

"Macarıstanda erməni zabiti Qurgen Markaryanın qətlində ittiham edilən azərbaycanlı zabit Ramil Səfərovun təkrar tibbi ekspertizası keçirilib". Bu barədə Trend ə R.Səfərovun vəkili Adil İsmayılov bildirib.

A.İsmayılovun sözlərinə görə, bu, R.Səfərovun üzərində keçirilən üçüncü tibbi ekspertizadır: "Ekspertizanı macar mütəxəssisləri keçirib. Amma hələlik bunun nəticələri məlum deyil".

Vəkil ekspertizanın nəticələrinin R.Səfərovun dekabrın 15-də keçiriləcək məhkəməsinin növbəti iclasında açıqlanacağını bildirib.

Xəbər lenti

Xəbər lenti