...

AR təhsil Nazirliyi Bakıda məktəblərin tikintisi proqramı layihəsinin yekun variantını hökumətə təqdim edəcək

Cəmiyyət Materials 26 Noyabr 2005 12:34 (UTC +04:00)

Bu günlərdə AR təhsil nazirliyi Bakıda yeni məktəblərin və yardımçı korpusların tikintisi proqramı layihəsinin yerli icra hakimiyyətləri ilə razılaşdırılmış yekun variantını ölkə hökumətinə təqdim edəcək.Bu barədə Trend ə nazirlikdə bildirilib.

Məsələyə bu günlərdə nazirlikdə paytaxtın 11 rayonunun icra hakimlərinin müavinləri, təhsil nazirliyinin rayon şöbə rəhbərləri və nazirliyin məsul işçilərinin iştirakı ilə keçirilən müşavirədə baxılıb.Layihə Azərbaycan prezidentinin tapşırığı ilə hazırlanan və 2006-2007-ci illəri əhatə edən "Bakı şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında" Dövlət proqramı çərçivəsində həyata keçirilir. Müşavirədə proqramın gerçəkləşdirilməsinə dair ayrı-ayrı təkliflərə baxılıb.

Xəbər lenti

Xəbər lenti