...

AFFA-nın Superkuboku uğrunda matçın yeni tarixi hələ müəyyən edilməyib

Cəmiyyət Materials 26 Noyabr 2005 13:24 (UTC +04:00)

AFFA hələ də "Neftçi" və "Bakı" komandalarının görüşəcəyi Azərbaycanın Superkuboku oyunlarının dəqiq tarixini müəyyən etməyib.

Yarışların keçirilməsi üzrə Assosiasiyaların Departamentinin rəhbəri Məlik Həsənovun Trend ə verdiyi məlumata görə, hələlik bu görüşün keçiriləcəyi müddəti təsdiq etmək üçün imkan yoxdur. "Hazırda bütün qüvvələr milli çempionata cəlb olunub və Superkubok kölgədə qalıb. Hər ehtimala görə, onun yeni tarixi müzakirə olunmayıb", - M.Həsənov qeyd edib.

Xatırladaq ki, əvvəlcə görüşün keçirilməsi növbəti çempionatın startı ərəfəsində keçirilməsi planlaşdırılmışdı, lakin komandaların Avropa Kubokunda məşğul olmaları ilə əlaqədar onun təxirə salmaq lazım gəldi. AFFA-nın növbəti tarixi müəyyən etməsindən (18 oktyabr)sonra "Neftçi" milli birincilikdə çıxışlara başladı.

Xəbər lenti

Xəbər lenti