...

Anna Qurbanova Spoleto Cup turniri proqramının bir növündə birinci yeri tutub

Cəmiyyət Materials 28 Noyabr 2005 12:58 (UTC +04:00)

Azərbaycan gimnastı Anna Qurbanova İtaliyada başa çatmış illik beynəlxalq Spoleto Cup turnirində proqramın bir növündə birinci yeri tutub.

Azərbaycan gimnastika Federasiyasında Trend ə bildirilib ki, gürzlərlə keçirilən çıxışın finalından sonra ona qızıl medal verilib.Gimnastımız italiyalı Beatris Zankanaro və rusiyalı Vera Sesinadan daha inamlı görünürdü və beləliklə də, o, hakimlərdən yüksək 16.100 balını alıb.

Digər üç final yarışında (iplə - 15.75, topla - 16.725, lentlə - 16.025) və çoxnövçülükdə (62.85 bal) Qurbanova ikinci yerlə kifayətlənib.
"Mən hədsiz şadam ki, turnirin hər bir növündə fəxri kürsüdə yer tuta bildim. Hələ indiyədək mən birlikdə beş medal qazanmamışam və hətta belə bir nüfuzlu yarışda.Mən özümün ilk qızıl medalımı Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya parlament seçkilərindəki qələbəsi münasibətilə həsr edirəm"-deyə Qurbanova mükafatlandırmadan dərhal sonra Milli Federasiyanın mətbuat xidmətinə telefonla müsahibəsində bəyan edib.

İtaliya mətbuatının idmanla bağlı şərhlərində A. Qurbanova haqqında hədsiz ustalıq və çox böyük potensial nümayiş etdirməsi dərc olunub. Avropalı şərhçilər onun Bakıda, Tokioda və onun bürünc medala layiq görüldüyü Daşkənddə Dünya Kubokundakı çıxışlarını uğurlu hesaba edib.

Xəbər lenti

Xəbər lenti