...

"Xəzər" Nazim Süleymanovu istefaya göndərib

Cəmiyyət Materials 28 Noyabr 2005 16:35 (UTC +04:00)

Futbol üzrə ölkə çempionatının ikincisi olmuş "Xəzər" komandanın baş məşqçisi Nazim Süleymanovu istefaya göndərib.

Trend bildirir ki, milli birincilikdə kollektivin çox uğursuz çıxışı lənkəranlıları Azərbaycan yığmasının keçmiş kapitanının xidmətindən imtina etməyə məcbur edib. "MKT-Araz" ilə 1:2 hesablı məğlubiyyətdən sonra N.Süleymanov ondan əvvəlki baş məşqçi Rasim Karadan sonra komandanın turnir vəziyyətini qaydaya salmadan öz postundan azad edilib. Və baxmayaraq ki, mövsümarası müddətdə komanda yarımmüdafiəçi Mahmud Qurbanov, müdafiəçi Emin Quliyev və digər oyunçuların səyləri sayəsində çox möhkəmlənmişdi.

Hazırda klub turnir cədvəlində on birinci yeri tutur və əslində, birinciliyin qızıl mükafatını qazanma şansını itirib.

Xəbər lenti

Xəbər lenti