...

İntiqam Əliyevin apellyasiya şikayəti təmin edilməyib

Cəmiyyət Materials 29 Noyabr 2005 16:41 (UTC +04:00)

Noyabrın 29-da Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsində hakim Cavanşir Məmmədovun sədrliyi ilə Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, deputatlığa namizəd İntiqam Əliyevin apellyasiya şikayətinə baxılıb. Bu barədə Trend ə İntiqam Əliyev məlumat verib.

43 saylı Sumqayıt Seçki Dairəsindən namizədliyini irəli sürmüş İntiqam Əliyev məhkəmə qarşısnıda şikayətini həmin dairədən yüksək səs toplaması ilə əsaslandırıb. Lakin sonradan səsvermənin nəticələrinin saxtalaşdırıldığını iddia edən namizədin şikayəti məhkəmədə araşdırılıb və təmin edilməyib.

İ.Əliyev Apellyasiya Məhkəməsinin qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti