...

Azərbaycanın Ekologiya Nazirliyinin nümyaəndə heyəti Tehrana gedib

Cəmiyyət Materials 30 Noyabr 2005 12:33 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii ehtiyatlar Nazirliyinin nümayəndə heyəti Tehranda keçirilən Xəzər dənizinin çirklənməsi hidrometeorologiya və monitorinq Əlaqələndirmə Komitəsinin 10-cu sessiyasında iştirak edir. Bu barədə Trend Nazirlikdən məlumat verilib.

Nümaynədə heyətinin tərkibinə Nazirliyin hidrometeorologiya departamentinin rəisi Söhrab Xəlilov, onun müavini Sahib Xəlilov və meteorologiya xidmətləri sektorunun rəisi Fikrət Bayramov daxildir. Xəzər dənizi regionunda ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın inkişafı problemlərinin müzakirə olunacağı Komitənin iclası noyabrın 30-dan dekabrın 1-ə kimi davam edəcək.

Sessiyanın iştirakçıları "Xəzər dənizi təbii mühitinin hidrometeorologiyası və monitorinqi sahəsində Xəzəryanı dövlətlərin əməkdaşlığı haqqında" razılaşmanın imzalanması və onun mətninin razılaşdırılması ilə bağlı məsələləri müzadkirə edəcəklər. İclasda həmçinin, digər Xəzəryanı dövlətlərin -Rusiyanın, İranın, Qrazaxıstanın və Türkmənistanın hidrometeorologiya xidmətinin, eləcə də Ümumdünya Meteorologiya Təşkilatının və Xəzər Ekoloji Proqramının nümayəndələri də iştirak edəcək. Komitənin iclası Rusiya nümayəndə heyətinin və Rusiya Hidrometeoroligya Xidmətinin rəhbəri Aleksandr Bedritskinin sədrliyi altında keçiriləcək.

Xəzər dənizinin çirklənməsi hidrometeorologiya və monitorinq Əlaqələndirmə Komitəsi 1994-cü ildə Ümumdünya Meteorologiya Təşkilatının dəstəyi ilə beş Xəzəryanı dövlətin hidrometeorologiya xidmətləri tərəfidən yaradılıb.

Xəbər lenti

Xəbər lenti