...

İnqrid Visser: " "AzərReyl"i Bakıda udmaq asan olmayacaq"

Cəmiyyət Materials 30 Noyabr 2005 13:01 (UTC +04:00)

"Biz Bakıya udmaq üçün gəlmişik. Lakin "AzərReyl"i öz doğma meydançasında udmaq o qədər də asan olmayacaq". Bu barədə Trend ə "Tenefir"in aparıcı voleybolçusu İnqrid Visser noyabrın 30-da İdman Sarayında Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun matçı ərəfəsində bəyan edib.

Hollandiyalı ligeoner qeyd edib ki, Avropa Kubokunun ərəfəsində komanda iki dəfə məğlub olub və buna görə də ispanlarla oyunda xal itirmək arzuolunmazdır. "Yarımqrupda kifayət qədər mürəkkəb vəziyyət yaranıb ki, burada növbəti mərhələyə keçiddə hamının şansları eynidir. Lakin biz hələlik 4-cü yerdə gedirik, buna görə də sadəcə olaraq "AzərReyl"ə qalib gəlməliyik", -deyə İ.Visser bildirib.

O, həmçinin, meydan sahibləri güclü potensiala malik olduqlarını və qrupun favoritlərindən biri olduqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti