...

Dekabrın 10-da hüquq müdafiəçilərinin Ümumrespublika Forumu keçiriləcək

Cəmiyyət Materials 30 Noyabr 2005 17:30 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçilərinin dekabrın 10-da Ümumrespublika Forumu keçiriləcək. Bu barədə Trend ə Dilarə Əliyeva adına Qadın Hüqüqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

Hüquq müdafiəçisi onu da bildirib ki, 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü olduğuna görə bu təşəbbüsdə bulunublar: "Hüquq müdafiəçilərinin Ümumrespublika Forumunun keçiriləcəyi ilə bağlı işçi qrupu yaradılıb. Dekabrın 10-dək işçi qrupu forumun keçirilməsi ilə bağlı tədbirlər planını hazırladıqdan sonra geniş məlumat verə bilərəm".

N.Cəfəroğlu onu da bildirib ki, forum hüquq müdafiəsi ilə məşğul olan təşkilatların aksiyası ilə də əvəzlənə bilər.

Xəbər lenti

Xəbər lenti