...

Mətbuat Şurası ədliyyə naziri Fikrət Məmmədova müraciət edib

Cəmiyyət Materials 30 Noyabr 2005 18:45 (UTC +04:00)

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmodova müraciət ünvanlayıb. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib.

Müraciətdə bildirilir ki, Azərbaycanda 2000-dən çox mətbu nəşrin rəsmən qeydiyyatdan keçməsi ölkəmizdə qəzet, jurnal və məcmuə təsisi üçün heç bir maneənin olmadığını göstərir. Mövcud münbit şərait onların sayının durmadan artacağını da söyləməyə əsas verir. Amma Mətbuat Şurası hesab edir ki, bu sahədə müəyyən tənzimləmələrə ehtiyac duyulur.

Müraciətdə mətbu orqanların çoxluğunun "reket" jurnalistika adlanan ictimai bəla yaratdığı vurğulanır. Bildirilir ki, bu fəaliyyətlə məşğul olan nəşrlərin dövriliyi yoxdur: "Ona görə də "həmkarlarımız haqlı olaraq ildə azı 12 sayı çıxmayan qəzetlərin özünü media ailəsinin üzvü adlandırmasına narazılıq edirlər. Ədliyyə Nazirliyi bu vəziyyətin aradan qaldırılmasına yardımçı olmalı, dövlət qurumu kimi daha kəsərli tədbirlər görməli, və yaxud təkliflər hazırlayıb Milli Məclisin müzakirəsinə təqdim etməlidir"-deyə müraciətdə bildirilir.

Müraciətdə həmçinin KİI-lə bağlı mövcud qanunvericilik bazasının təkmil olmaması da yer alıb, KİI-lər üçün cərimələrlə bağlı təkliflər verilir.

Xəbər lenti

Xəbər lenti