...

Azərbayccan Dövlət Opera və Balet Teatrı öz yeni tamaşasını Sankt-Peterburqun Marinski teatrının səhnəsində göstərib

Cəmiyyət Materials 20 Dekabr 2005 13:00 (UTC +04:00)

Bu gün Marinski teatrına gələn peterburqlular "Məhəbbət və ölüm və ya Ölümlə rəqs edən məhəbbət" baletinə tamaşa edərkən daha bir Azərbaycan dastanı ilə tanış olublar. Trend in məlumatına görə, bu tamaşanı məşhur səhnədə Azərbaycan Dövlət Opera və Balet Teatrının artistləri Rusiyada Azərbaycan İlinin iştirakçıları nümayiş etdiriblər.

Dədə Qorqud dastanın motivləri əsasındakı baletin musiqisini Polad Bülbüloğlu yazıb. Azərbaycanın mədəniyyət naziri bu il Neva sahillərində, məmur kimi deyil, müğənni kimi olub. O, burada böyük uğurla konsertlər verib.

Marinsk teatrının tarixinə Azərbaycanla bağlı səhifələr hələ 50-ci illərdə- Dmitri Şestakoviçin ən istedadlı şagirdlərindən biri Qara Qarayevin musiqisinə yazılmış baletin getdiyi vaxtlarda yazılıb. Burada xoreoqraf Pyotr Qusev Nizaminin "Yedid gözəl" poemasının motivləri əsasında baleti səhnəyə qoyulub. Konstantin Sergeyev isə sonralar, yəni 60-70-ci illərdə yenidən işlənilən "İldırımlı yollarla" baletinin quruluşçusu olub.

Rusiyada Azərbaycan İlinin daha bir nişanəsi rəssam Tamara Məmmədovanın əsərlərinin sərgisidir. Ekspozisiya bu gün Azərbaycan Milli Kulinariya Mərkəzində- "Bakı" restoranında açılıb. Məmmədovanın əsərləri artıq Portuqaliya, ABŞ, Fransa, Yaponiya, İsveç, Almaniya, Niderlandda sərgilərdə nümayiş etdirilib. Təqdim olunan hər bir əsər Şərq mədəniyyətinin incə və zərif dünyasını özünəməxsus tərzdə təqdim edir. Bu barədə İTAR-TASS məlumat verir.

Xəbər lenti

Xəbər lenti