...

Bakıda UEFA-nın trener seminarı keçirilir

Cəmiyyət Materials 7 Yanvar 2006 12:27 (UTC +04:00)

Azərbaycanın tanınmış məşqçilərinin də iştirak edəcəkləri UEFA-nın himayəsi altında keəçiriləcək trener kurslar dekabrın 7-də respublikanın Bədən Tərbiyəsi Akademiyasında keçiriləcək.

AFFA-dan Trend ə verilən məlumata görə, yaxın həftə ərzində keçiriləcək iki həftəlik seminarı Avropa Futbol Federasiyasının Çexiyadan olan sədri Zdenek Sivek aparacaq və o, yanvarın 15-nə kimi paytaxtda olacaq. Bundan sonra estafeti bu cür məşğələlərdə təcrübəyə malik olan həmkarı hakim-müfəttiş Rüstəm Rəhimov öz üzərinə götürəcək. Seminarın məqsədi ölkədə məşqçi kadrlarının səviyyəsminin artırılması və respublikada, eləcə də digər ölkələrdə Ali Liqanın klubldarına rəhbərlik etməyə imkan verən yerli mütəxəssislərin "A" kateqoriyasından olan diplomları alması imkanlarını müzakirə etməkdir. Hazırda bir çox yerli məşqçilər yalnız "V" sertifikatına malikdirlər ki, bu da onlara gənc kollektivlərlə işləməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti