...

Elmar Qasımov: "Yaxın 3 il ərzində Azərbaycanın bütün orta təhsil məktəbləri kompüterləşdiriləcək"

Cəmiyyət Materials 14 Yanvar 2006 15:09 (UTC +04:00)

"Yaxın 3 il ərzində Azərbaycanın bütün orta təhsil məktəbləri kompüterləşdiriləcək". Trend in xəbər verdiyi kimi, bu barədə yanvarın 14-də Azərbaycanın təhsil nazirinin müavini Elmar Qasımov məlumat verib.

Onun sözlərinə görə, əgər bu gün 1050 nəfər şagirdə bir kompüter düşürsə, 2007-ci ilin sonuna 30 nəfərə bir kompüter düşəcək. "Proqramın tam reallaşdırılması məqsədilə Mingəçevir şəhərində iri paylayıcı mərkəz yaradılıb ki, onun vasitəsilə də regiondakı məktəblər kompüterlə təmin olunacaq", - deyə E.Qasımov bildirib. O, Azərbaycan hökumətinin təhsil sahəsindəki layihə və proqramlarını dəstəklədiyinə görə beynəlxalq təşkilatlara minnətdarlığını bildirib.

2005-ci ilin yekunlarını şərh edərək, nazir müavini qeyd edib ki, ötən il respublikada 200 yeni məktəb tikilib. 2006-cı ildə də bu qədər sayda məktəbin inşası planlaşdırılır.

Qeyd edək ki, bu gün Azərbaycanda 4 600 ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti