...

Azərbaycan tələbələri Avropada etiraz aksiyası keçirəcəklər

Cəmiyyət Materials 16 Yanvar 2006 16:48 (UTC +04:00)

"Azərbaycan Tələbələr Hərəkatının rəsmiləri yanvarın 19-da Avropada - İsveçrənin paytaxtı Berndə etiraz aksiyası keçirəcəklər". Trend xəbər verir ki, aksiyanı keçirməkdə məqsəd bütün dünya ictimaiyyətini 1990-cı il qanlı 20 Yanvar həqiqətlərinə və erməni qəsbkarlarının Azərbaycanın ərazi bütövlüyünə təcavüzünə cəlb etməkdir.

Aksiya zamanı tələbələr İsveçrə parlameninin binası qarşısında insanlara ermənilərin təcavüzü, cinayətləri və 20 Yavnar faciəsi ilə bağlı fransız və alman dillərində çap edilən on min bukilet paylayacaqlar.

Xəbər lenti

Xəbər lenti