...

"Neftçi" Birlik Kubokunun dörddə bir finalında "Paxtakor"la qarşılaşa bilər

Cəmiyyət Materials 17 Yanvar 2006 16:46 (UTC +04:00)

Moskvada keçirilən Birlik kubokunun dörddə bir finalında Özbəkistanın "Paxtakor" komandası "Nefiçi"nin rəqibi ola bilər.

Trend in xəbər verdiyi kimi, konkret rəqibin adı Orta Asiya komandası və MOİK-in (Moskva) görüşündən sonra məlum olacaq. Hər iki komanda Tiflisin "Dinamo" və Estoniyanın TFMK komandaları üzərində hərəyə iki qələbə qazanaraq pley-off mərhələsinə çıxıb. Burada "Paxtakor"u oyunun heç-heçə qurtarması da qane edir, belə ki, özbəklər vurulmuş topların sayına görə MOİK-dən üstündür.

Pley-off mərhələsinə çıxmış bakılılar da qrupda birinci yeri tutmağa yaxındır. Bunun üçün onlara sonuncu turda "Aktobe" ilə heç-heçə oynamaq və yarımqrupun qalibi olmaq kifayətdir.

Xəbər lenti

Xəbər lenti