...

20 Yanvar faciəsinin ildönümü ilə bağlı dünyanın bir çox ölkələrində anım tədbirləri keçiriləcək

Cəmiyyət Materials 17 Yanvar 2006 16:49 (UTC +04:00)

20 Yanvar faciəsinin 16-cı ildönümü ilə əlaqədar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar anım tədbirləri keçirəcəklər. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

İldönümün qeyd olunması ilə bağlı Komitə tərəfindən tədbirlər planı hazırlanıb. Rusiya Azərbaycanlılarının Milli Federal Mədəni Muxztariyyatı və Ümumrusiya Azərbaycanlıları Təşkilatı tərəfindən Rusiyanın müxtəlif regionlarlarında, Moskva, Sank-Peterburq, Dərbənd, Kazan, Samara və digər şəhərlərdə konfranslar, ümumi yığıncaqlar keçiriləcək. Həmçinin MBD məkanında - Özbəkistan, Qırğızıstan, Tacikistan, Qazaxıstanda, Şərqi Avropa ölkələrindən Bolqarıstan, Ukrayna, Çexiya, Rumıniyada, Polşa, Macarıstan, Moldovada, Qərbi Avropa dövlətlərindən İsveç, Avstriya, Almaniya, Fransa, Belçika, İçveçrədə, o cümlədən Kanada, ABŞ, Türkiyə, Misir, Pakistan, Avstraliyada, Baltikyanı ölkələrdə anım tədbirləri keçiriləcək. 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi yad ediləcək, bu qanlı aksiyanın törədilməsi, günahkarları, ağır nəticələri barədə məlumatldar veriləcək, sərgilər, foto və video kadrlar nümayiş olunacaq.

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının müraciətləri əsasında Dövlət Komitəsi onlara bu tədbirlərin keçirilməsi öz köməkliyini, informasiya dəstəyini, maddi-texniki yardımlar göstərəcək.

Xəbər lenti

Xəbər lenti