...

"Neftçi" "Aktobe" ilə heç-heçə oynayıb

Cəmiyyət Materials 17 Yanvar 2006 18:45 (UTC +04:00)

"Neftçi" Moskva turnirinin dörddə bir finalına birinci yerlə çıxaraq Birlik Kubokunun "V" qrupunun qalibi olub.

Trend bildirir ki, ilk mərhələnin son turunda bakılılar öz qarşılarına qoyduqları vəzifənin öhdəsindən gələrək Qazaxıstanın "Aktobe" komandası ilə görüşü 1:1 hesabı ilə başa vurublar. Üç oyunda yeddi xal toplayan komanda pley-off mərhələsinə düşüb və burada Özbəkistanın "Paxtakor" yaxud Moskvanın MOİK komandası ilə görüşəcək.

Eyni zamanda, "V" qrupunda ikinci yerə və dörddə bir finala vəsiqə uğrunda Tacikistanın "Vaxş" komandasına 2:1 hesabı ilə qalib gələn "Metallurq" da mübarizə aparırdı. Latviyalılar altı xal toplayaraq "Neftçi"dən bir xal geri qalıb.

Xəbər lenti

Xəbər lenti