...

Rusiya Futbol İttifaqı: "Çox güman ki, "Neftçi" Birliyin Kubokunun finalına mübarizəsiz çıxacaq"

Cəmiyyət Materials 19 Yanvar 2006 15:52 (UTC +04:00)

"Çox güman ki, Birliyin Kubokunun finalına "Neftçi" mübarizəsiz çıxacaq ". Bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidmətinin nümayəndəsi Andrey Malosolov Ermənistanın "Pyunik" komandasının bakılılara qarşı yarımfinal görüşündən imtina etməsini şərh edərkən bildirib.

Trend in məlumatına görə, Ermənistan çempionu öz qərarlarını təhlükəsizliklərini sığortalamaq baxımından əsaslandırıblar. Bununla yanaşı, bu komandanın nümayəndələri baş verənləri hüe cür izah etməyiblər və mətbuatla ünsiyyətdən imtina ediblər. A.Malosolov bildirib ki, yaxın vaxtlarda RFİ-nın press-relizi dərc olunacaq və burada təşkilatın bu məsələ ilə bağlı rəsmi nöqteyi nəzəri əks olunacaq.

Bu arada oyunların dörddəbir finalında "Şaxtyor" komandasına 3:1 hesabı ilə qalib gələn "Pyunik" Moskvanı tərk edib.

Xəbər lenti

Xəbər lenti