...

Məleykə Abbaszadə: Azərbaycanın orta təhsil müəssisələrində bilik səviyyəsi yüksəlib

Cəmiyyət Materials 19 Yanvar 2006 16:36 (UTC +04:00)

Ötən illərlə müqayisədə Azərbaycanın orta təhsil müəssisələrində bilik səviyyəsi yüksəlsə də, lakin mənfi meyllərin tam yoxluğundan danışmaq hələ tezdir. Trend in ANS telekanalına istinadən yaydığı məlumata görə, bu barədə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bəyan edib.

Onun sözlərinə görə, ali məktəblərə son qəbul imtahanlarının gedişində Azərbaycan məktəblərinin məzunlarının 37 faizinin 0-dan 100-dək qiymət aldığı aydın olub. "Bu çox acınacaqlı rəqəmdir. Belə ki, bu rəqəm kifayət qədər böyükdür", -deyə Dövlət Komissiyasının sədri bildirib. Onun sözlərinə görə, bu, 2004-2005-ci illərlə müqayisədə 40 faiz təşkil edir və respublikada ümumi mənzərənin yaxşılaşıb.

Bununla yanaşı, M. Abbaszadə bildirib ki, 2005-2006-cı tədris illərində 500-700 bal kateqoriyasına abituriyentlərin 4.5 faizi daxil ola bilib ki, bu da ötən ildəkindən 0.5 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti