...

Fransa Azərbaycanlı Tələbələr Assosiasiyası 20 yanvar faciəsi həqiqətlərini internetdə yerləşdiriblər

Cəmiyyət Materials 20 Yanvar 2006 12:40 (UTC +04:00)

Fransa Azərbaycanlı Tələbələr Assosiasiyası internet vasitəsilə "Azadlıq bahasına: qanlı faciə (20 yanvar 1990-Bakı) Azərbaycan" adı altında genqiş məlumat yayıblar. Trend xəbər verir ki, məlumatda 20 yanvar faciəsi ilə bağlı həqiqətlər öz əksini tapıb.

Məlumatda bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə əli qana bulanmış sovet ordusu heç bir hüquqi əsası olmadan, Azərbaycandakı azadlıq hərəkatını boğmaq məqsədilə xəbərdarlıqsız Bakıya yeridilib və dinc əhalini gülləboran ediblər. Bu, o dövrdəki SSRİ Konstitusiyasının 119 və Azərbaysan SSRİ Konstitusiyasının 71-ci maddələrinə zidd idi. Faciə zamanı yüzlərlə insan öldürülüb, yaralanıb, itkin düşüb.

Faciənin əsl müqəssiri olan o dövrdə SSRİ-nin prezidenti olan M.S.Qorbaçov barədə hər hansı bir cəza tədbiri görülməyib, Azərbaycanın başına gətirilən faciəyə beynəlxalq təşkilatlar tərəfindən siyasi qiümət verilməyib.

Xəbər lenti

Xəbər lenti