...

Azərbaycan fiquristlərinin dünya çempionatında mövqeləri möhkəmlənib

Cəmiyyət Materials 20 Yanvar 2006 13:21 (UTC +04:00)

Azərbaycanın fiqurlu xizəksürmə üzrə rəqs cütlüyü Kristin Freyzer - İqor Lukanin bu günlərdə Lionda keçirilən dünya çempionatının turnir cədvəlində irəliləyiblər.

Trend in məlumatına görə, "Latin Combination" adlı rəqs altında orijinal rəqsə görə hakimlər idmançılara 51.52 xal veriblər və onlar 8-ci yerə çıxıblar. Bu zaman onlar Yana Xoxlova və Sergey Novitskinin şəxsində rusiyalı dueti, fransızlar Natali Peşo - Fabian Borzonu və digərlərini geridə qoyublar. Çempionatın birinci günü icra olunan vacib proqramla müqayisədə K.Freyzer və İ.Lukanin bir pillə irəliləyiblər. İndi onlarbuz üzərinə sərbəst kompozisiya ilə çıxmaqlıdırlar.

Xəbər lenti

Xəbər lenti