...

Alman-Azərbaycan mədəniyyət mərkəzində iki konsert keçiriləcək

Cəmiyyət Materials 23 Yanvar 2006 15:55 (UTC +04:00)

Alman-Azərbaycan mədəniyyət mərkəzi "Kapelhaus" yanvarın ayının sonuna kimi Bakı melomanlarını iki konsertlə sevindirəcək. Almaniyanın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, yanvarın 24-də yerli vaxtla saat 19:00-da məşhur skripkaçı Nana Babayevanın solo konserti keçiriləcək.

Volfqanq Amadey Motsartın 250 illiyinə həsr olunmuş ikinci konsert yanvarın 27-də keçiriləcək. Konsertin bədii rəhbəri Azərbaycanın əməkdar artisti Lütfiyar İmanovdur.

Konsertdə iştirak etmək istəyənlər üçün giriş pulsuzdur.

Xəbər lenti

Xəbər lenti