...

Azərbaycan xokkeyçiləri Ukraynadan qonaq gözləyir

Cəmiyyət Materials 26 Yanvar 2006 18:33 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət otüstü xokkey yığmasının İtaliyada keçiriləcək dünya çempionatının apreldə seçmə turnirinə hazırlıq planı yalnız fevralın sonunda qəti aydınlaşacaq.

Komandanın baş məşqçisi Adil Paşayev Trend ə bildirib ki, martın ikinci yarısında Ukrayna xokkeyçilərinin Bakıya on günlük hazırlığa gələcəyi artıq məlumdur. İstisna deyil ki, həmin vaxt Bakıda milli Federasiyanın ideyası ilə beynəlxalq turnir keçiriləcək. Buna görə də Beynəlxalq Federasiyanın (FIH) qaydalarına əsasən yarışda dörd kollektiv çıxış edə bilər və bunlar da Hindistan, Kanada, Ukrayna və İtaliyadan olan xokkeyçilər ola bilər.

Xatırladaq ki, fevralın 9-da Azərbaycan yığması Cənubi Afrikaya- Durbana beynəlxalq turnirə yollanacaq.

Xəbər lenti

Xəbər lenti