...

İradə Aşumova Münxendə keçiriləcək dünya Kuboku mərhələsində çıxış edəcək

Cəmiyyət Materials 27 Yanvar 2006 11:36 (UTC +04:00)

Afina olimpiadasının güllə atıcılığı üzrə bürünc mükafatçısı İradə Aşumova yanvarın 27-də Münxendə start veriləcək dünya Kuboku mərhələsində iştirak edəcək.

İdmançının Trend ə verdiyi məlumata görə, komandaya Bakı birinciliyində fərqlənmiş Nigar Bağırova da daxildir. "Bu yarışa ən güclü idmançıların qatılacağını nəzərə alaraq qələbə qazanmaq o qədər də asan olmayacaq. Lakin mən Lüksemburqda iki qızıl və bir gümüş medal qazanaraq yeni ilə uğurla başlamışam. Buna görə də ümid edirəm ki, uğur bu dəfə də mənimlə olacaq",- deyə İ.Aşumova qeyd edib.

Xəbər lenti

Xəbər lenti