...

Avro-2008 seçmə turinirində Azərbaycan Ermənistanla bir qrupa düşüb

Cəmiyyət Materials 27 Yanvar 2006 15:58 (UTC +04:00)

Montredə keçirilən Avro -2008 seçmə turnirinin püşkatmasının yekunlarına görə, Ermənistan yığması Azərbaycanın komandası ilə bir qrupa düşüb.

Trend in verdiyi məlumata görə, püşkatma mərasiminin gedişində Şahin Diniyevin yetirmələri Portuqaliya, Polşa, Sekrbiya və Çernoqoriya, Belçika, Finlandiya, Ermənistan və Qrazaxıstan komandalarının təmsil olunduqları "A" qrupuna düşüb. Federasiyalar arasında danışıqların nəticələri hələ məlum deyil. Lakin AFFA Ermənistanla neytral meydanda oynamaq barədə niyyətini ifadə edib.

Qeyd etmək lazımdır ki, Avro-2008-də çıxış etmək uğrunda mübarizə payızdan 7 komandadan ibarət 6 qrupda və 8 komandadan ibarət bir qrupda başlayıb. Hər seksiyadakı iki ən güclü yığma Avstriya və İsveçrədə keçiriləcək turinirin final mərhələsinə düşəcək.

Xəbər lenti

Xəbər lenti