...

Mətbuat Şurası 2005-ci ildəki fəaliyyətinə dair illik hesabat verdi

Cəmiyyət Materials 27 Yanvar 2006 19:23 (UTC +04:00)

Yanvarın 27-də Beynəlxalq Mətbuat mərkəzində Azərbaycan Mətbuat Şurasının illik hesabat konfransı keçirilib. Trend in məlumatına görə, Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov qurumun 2005-ci il ərzindəki fəaliyyətinə, gördüyü işlərə, həyata keçirdiyi tədbirlərə dair illik hesabatı açıqlayıb.

Hesabata MŞ-nin çıxardığı qərarlar, şikayətlər üzrə Komissiyanın iclaslarına dair statistik məlumatlar, Şuranın maliyyə durumu ilə bağlı açıqlamalar, kütləvi aksiyalarda jurnalistlərin fəaliyyətinin monitorinqi, KİV nümayəndələrinin problemlərinin həlli ilə bağlı dövlət rəsmiləri ilə keçirilən görüşlər, qəzetlərin monitorinqi, KİV-də peşə davranışı qaydalarının pozulması hallarına dair statistik göstəricilər və digər məlumatlar daxildir.

MŞ İdarə Heyəti 2005-ci il ərzində Şikayətlər üzrə Komissiyanın rəyi əsasında 21 qərar çıxarıb. İl ərzində 11 qəzet, 2 jurnal və 1 informasiya agentliyi MŞ-yə üzv qəbul edilib. 3 qəzet, 1 jurnal və 1 media təşkilatı isə xaric edilib. Hesabatda MŞ-nin Azərbaycanın müxtəlif bölgələrində keçirdiyi tədbirlər, görüşlər, jurnaşistlərin üçüncü qurultayına hazırlıq işləri, Milli Mətbuat günü ilə əlaqədar düzənlənən toplantılar barədə də statistik məlumatlar əksini tapıb.

Hesabat konfransında MŞ İdarə Heyətinin üzvlərindən Bəxtiyar Sadıqov, Qulu Məhərrrəmli, qonaqlardan Prezident Aparatının nümayəndəsi Vüqar Əliyev, İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli və başqaları çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti