...

Gürcüstanın dövlət naziri Azərbaycanda yaşayan axsıka türklərilə görüşəcək

Cəmiyyət Materials 28 Yanvar 2006 14:05 (UTC +04:00)

Yanvarın 29-dan fevralın 1-dək Azərbaycanda rəsmi səfərdə olacaq, Gürcüstanın münaqişələrin nizama salınması üzrə dövlət naziri, repatriasiya məsələlərinin öyrənilməsi üzrə dövlət komissiyasının sədri Georgi Xaindrava ölkənin rəsmi şəxsləri ilə yanaşı burada yaşayan axsıka türklərilə də görüşəcək. Axsıka türklərinin Azərbaycandakı "Vətən" cəmiyyətinin sədri İbrahim Bürhanovun Trend ə bildirdiyi kimi, görüş yanvarın 31-də Saatlı rayonunun Nəsimi kəndində keçiriləcək.

Onun sözlərinə görə, nazir XX əsrin 40-cı illərində Gürcüstandan departasiya edilmiş axsıka türklərinin geri qayıtması ilə bağlı məsləhətləşmələr aparacaq. "Bu məqsədlə Moskvada fəaliyyət göstərən bu beynəlxalq cəmiyyətin prezidenti Süleyman Barbakadzedə yanvarın 27-də Bakıya gəlib", deyə İ.Bürhanov qeyd edib.

Qeyd edək ki, yanvarın 24-də AŞ PA-nın qış sessiyasında Gürcüstanın xüsusilə Məshəti türklərilə münasibətdə öhdəliklərini yerinə yetirməsi haqqında 1415-ci qətnamə müzakirə edilib. Qətnaməyə əsasən, Gürcüstan hökuməti axsıka türklərinin repatriasiya prosesinin başlanması üçün dərhal administrativ və siyasi şərait yaratmalıdır. Bu proses 2011-ci ildə başa çatmalıdır.

SSSR Dövlət Müdafiə komitəsinin 31 iyul 1944 tarixli 6279 saylı qətnaməsilə Gürcüstanın Türkiyə ilə sərhəd olan Axalsisx, Aspindzsk və Adıgen rayonlarında yaşayan türklər (92 mindən çox) Orta Asiyaya köçürülüb.

Xəbər lenti

Xəbər lenti