...

Namiq Abdullayev İvan Yarıqin turnirinin az qala bürünc medalını qazanmışdı

Cəmiyyət Materials 30 Yanvar 2006 13:39 (UTC +04:00)

Azərbaycanın sərbəst güləşçiləri Krasnoyarskda başa çatmış İvan Yarıqinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə medalsız qalıb.

Trend bildirir ki, az qala yarışın bürünc medalını qazanmış Namiq Abdullayev (55 kq), İbad Məmmədzadə (60 kq) və Elnur Aslanov (74 kq) daha uğurlu oyun nümayiş etdirib.

Təsnifat oyununda Sidney olimpiadasının çempionu Rusiyadan olan Camal Otareultanova məğlub olub. Xalça sahibi yarımfinala düşdüyü üçün Namiq təsəlliverici döyüşlərdə qüvvəsini sınamaq imkanı əldə edib, amma bürünc medal uğrunda döyüşdə rusiyalı Zəlimxan Kutzayevə məğlub olub. E.Aslanov üçüncü yer uğrunda döyüşdə ukraynalı Oleq Beloserkovsevə məğlub olaraq ilk üçlüyə düşə bilməyib.

Qeyd etmək lazımdır ki, N.Sevdimov (55 kq), Əli İsgəndərov, Elman Əsgərov (hər ikisi 66 kq) Qran-Pri mərhələsinin ilk oyunlarında məğlub olub.

Xəbər lenti

Xəbər lenti