...

Son 20 il ərzində Azərbaycanda bir dənə də olsa məktəbəqədər müəssisə tikilməyib

Cəmiyyət Materials 31 Yanvar 2006 14:28 (UTC +04:00)

Son 20 il ərzində Azərbaycanda bir dənə də olsa məktəbəqədər müəssisə tikilməyib. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, hazırda ölkədə fəaliyyət göstərən bütün məktəbəqədər müəssisələrin 65 % -nin əsaslı təmirə ehtiyacı var. Müəssisələrin 80 %-dən çoxunda qızdırıcı sistemlər işləmir. Müəssisələrin 32% -də 1683 məcburi köçkün ailəsi yerləşdirilib.

Nazirlikdən verilən məlumata görə, məktəbəqədər yaş həddində olan uşaqların bu müəssisələrə cəlb edilməsinin səviyyəsi çolx aşağıdır. Ölkə üzrə bu statistika cəmi 19,9%, iri şəhərlərdə 27,6%, kənd yerlərində bu rəqəm 8,6% təşkil edir. Qeyd edək ki, Finlandiyada uşaqların məktəbəqədər müəssisələrə cəlb edilməsi 99%, Almaniyada 90%, MDB-nin bir sıra ölkələrində isə 50-85% təşkil edir.

Xəbər lenti

Xəbər lenti