...

Azərbaycanın mediya strukturlarının rəhbərləri Tbilisidə keçirilən beynəlxalq konfransda iştirak edib

Cəmiyyət Materials 31 Yanvar 2006 20:27 (UTC +04:00)

Mətbuat Şurasının sədri Əflatun Amaşov Tbilisidə "Cənuği Qafqaz: KİV bu gün və sabah" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Bu barədə Trend ə mətbuat Şurasında bildirilib.

"Avrasiya Fondu"nun təşəbbüsü ilə keçirilmiş tədbirdə Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Azərbaycan tərəfindən konfransın işində Ə. Amaşovdan başqa "Yeni nəsil" jurnalistlər birliyinin sədri Arif Əliyev, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı və başqaları iştirak edib.

Müzakirə mövzuları KİV-in Cənubi Qafqazda vəziyyəti, söz və mətbuat azadlığı sahəsində vəziyyət, bu sahədə mövcud problemlər və qazanılmış nailiyyətlər olub.

Xəbər lenti

Xəbər lenti