...

ABU-da legionerlərin sayı arta bilər

Cəmiyyət Materials 15 Fevral 2006 15:48 (UTC +04:00)

"Challenge Cup" yarışlarında iştirak edən ABU qadın həndbol klubu yaxın vaxtlarda öz sıralarının legionerlərlə möhkəmləndirə bilər.

Komandanın baş məşqçisi Rəfiqə Şabanovanın Trend ə verdiyi məlumata görə, Avropa Kubokunun Rumıniyanın "Tomis" komandasına qarşı 1/8 matçının uğurla başa çatmasından sonra Azərbaycan çempionu hökmən qüvvəltənmə gözləyir. "Mən artıq klubun rəhbərliyi ilə xarici şəndbolçuların cəlb olunmasının mümkünlüyü barədə danışmışam. Və əgər ABU turnirin dörddəbir finalına çıxarsa, biz mütləq bu addamı atacağıq", - deyə məşqçi bildirib.

Onun sözlərinə görə, Rusiya və ya Balkan ölkələrindən həndbolçuların dəvət olunması imkanlarına baxılır. "Böyüməkdə olan nəslin qayğısını nə qədər çəksək də, bu gün bizim legionerlərə ehtiyacımız var", - deyə mütəxəssis əlavə edib.

Xəbər lenti

Xəbər lenti