...

Rəşad Sadıqov: "Ukrayna ilə heç-heçə yığmanı öz gücünə inanmağa məcbur edəcək"

Cəmiyyət Materials 1 Mart 2006 11:17 (UTC +04:00)

"Ukrayna ilə heç-heçə yığmanı öz gücünə inanmağa məcbur edəcək". Bu barədə Trend ə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Bakıda dünya çempionatının finalçılarına qarşı keçirilmiş yoldaşlıq görüşünün nəticələri ilə bağlı təəssüratları ilə bölüşərkən bildirib.

Onun sözlərinə görə, çox gözəl əhval-ruhiyyədə olan futbolçularda mübarizə həvəsi güclü idi. Bunun sayəsində onlar oyunu heç-heçə ilə bitirməyə nail oldu. "Biz güclü rəqiblə bu matçda potensialımızı gösərmək istəyirdik və buna tamamilə nail olduq. Əlbəttə, hər şey istədiyimiz kimi alınmasa da, bu, zamanın işidir. Hesab edirəm ki, biz düzgün yoldayıq", - deyə komandanın kapitanı vurğulayıb.

R.Sadıqov ümid etdiyini bildirib ki, yığma dünya çempionatının seçmə mərhələsində optimal formada iştirak etmək üçün hər matçda daha da irəli gedəcək.

Xəbər lenti

Xəbər lenti