...

Azərbaycanın qadın voleybol yığmasının veteranları dünya çempionatında çıxış edə bilər

Cəmiyyət Materials 1 Mart 2006 12:24 (UTC +04:00)

Azərbaycanın qadın voleybol yığmasının veteranları Yaponiyada keçiriləcək dünya çempionatı ərəfəsində yığmaya qayıda bilər.

Komandanın baş məşqçisi Faiq Qarayevin Trend ə bildirdiyinə görə, o, təcrübəli oyunçuların kollektivdə oynaması üçün maksimum səy göstərəcək. "Düşünürəm ki, böyük potensialı olan Yelena Şabovta yenə də komandaya qayıda bilər. Planet çempionatında azarkeşlər İnessa Qorxmazı da görə bilər, lakin onun yığmaya cəlb olunmasına dair son qərarı bir qədər sonra verəcəm" - deyə məşqçi qeyd edib.

O, keçmiş kapitan Alla Həsənovaya da müəyyən ümidlər bəsləyir. Lakin onun kürəyindən aldığı zədə ilə əlaqədar meydançaya çıxa bilməsi o qədər də ehtimal olunmur.

Xəbər lenti

Xəbər lenti