...

Fransa və ya Nigeriya yığmalarının xokkeyçiləri Bakıya gələb bilər

Cəmiyyət Materials 1 Mart 2006 15:09 (UTC +04:00)

Fransa və Nigeriyanın otüstü xokkey üzrə qadınlardan ibarət yığmaları fevralın 26-da başlayacaq beynəlxalq turnirdə iştirak etmək üçün Bakıya gələ bilər.

Azərbaycan milli komandasının baş məşqçisi Adil Paşayevin Trend ə verdiyi məlumata görə, Hindistan və İspaniya bu yarışa böyük maraq göstərsə də, sonda turnirdə iştirakdan imtina edib. "Hazırda bu yarışda Ukrayna və İtaliya yığmalarının iştirak edəcəyi məlumdur. Lakin Beynəlxalq Federasiyanın əsasnaməsinə görə, onun dəstəyi ilə keçirilən turnirdə yalnız 4 kollektiv iştirak edə bilər. Buna görə də müxtəlif ölkələrin Milli Federasiyaları ilə danışıqlar davam etdirilir", - deyə o qeyd edib.

Xatırladaq ki, yığma bu yaxınlarda Cənubi Afrikanın Durban şəhərində keçirilmiş turnirdən bürünc mükafatlarla qayıdıb.

Xəbər lenti

Xəbər lenti