...

Şahin Diniyev rekord qazanır

Cəmiyyət Materials 1 Mart 2006 16:36 (UTC +04:00)

Şahin Diniyev Azərbaycan yığmasının öz ilk debüt oyununda məğlub olmayan ilk baş məşqçisidir.

Trend in xəbər verdiyi kimi, dünya çempionatının seçmə turniri ərəfəsində komandaya rəhbərlik etmiş Karlos Alberto Torres birinci yorldaşlıq görüşündə böyük hesabla İsrailə uduzmuşdu. Onu əvəz edən Vaqif Sadıqov da Belfastda Şimali İrlandiya komandasına 0:2 hesabla məğlub olmuşdu.

Bundan başqa dünya çempionatının seçmə oyunlarında kollektivə rəhbərlik edən İqor Ponomaryov da məşqçi karyerasına Bakıda İsveç komandasına (0:1) məğlubiyyətlə başlayıb. Yalnız Ş.Diniyev xoşagəlməz statistikanı bir qədər dəyişərək debütünü heç-heçə ilə qeyd edib.

Xəbər lenti

Xəbər lenti