...

Bədii gimnastika üzrə Bakı birinciliyi başa çatıb

Cəmiyyət Materials 1 Mart 2006 17:13 (UTC +04:00)

Heydər Əliyev adına İdman-Konsert kompleksində 13-cü Bakı birinciliyi başa çatıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, turnirdə Bakı, Gəncə və Sumqayıtdan 70-dən çox gimnast iştirak edib.

1991-92-ci il təvəllüdlü iştirakçılar arasında çoxnövçülük üzrə 87.075 bal toplamış Zülfiyyə Əliyeva ("Həmkarlar İttifaqı") birinci olub. İkinci yerdə gimnastika məktəbinin nümayəndəsi 85.6 xalla Ceyla Quliyeva, 3-cü yerdə isə Aysel Hüseynova (82.075 bal, gimnastika məktəbi) qərarlaşıb.

1993-94-cü il təvəllüdlü gimnastlardan ibarət qrupda Respublika kompleks məktəbindən Cəmilə Hüseynova (84.275 bal) qalib olub.

1995-96-cı il təvəllüdlü gimnastlar arasında 62.75 xal toplamış Kamilə Məmmədova ("Həmkarlar İttifaqı") birinci yerə layiq görülüb.

Və nəhayət, 1997-98-ci il təvəllüdlü idmançılar qrupunda Sima Rəcəbova (38.2 bal, gimnastika məktəbi) qələbəsini qeyd edib.

Xəbər lenti

Xəbər lenti