...

Aprel ayında Bakıda təşsil sahəsində əməkdaşlıq məsələləri ilə bağlı növbəti Azərbaycan-Rusiya danışıqları keçiriləcək

Cəmiyyət Materials 1 Mart 2006 17:21 (UTC +04:00)

Aprel ayında Bakıda təhsil sahəsində əməkdaşlıq zürə növbəti Azərbaycan-Rusiya danışıqlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə Trend ə Azərpbaycan Təhsil Nazirliyinin xarici ilaqələr və əlaqələndirmə İdarəsinin rəisi Mahir Əliyev məlumat verib.

Onun sözlərinə görə, danışıqlar Azərbaycanda Rusiya İli çərçivəsində keçirilib. Məsləhətləşmələrin gedişində tərəflərin əməkdaşlığın inkişafı, informasiya mübadiləsi, diplomların qarşılıqlı tanınması, eləcə də Azərbaycanda fəaliyyət göstərən Rusiya ali məktəbləri filiallarının fəaliyyəti kimi məsələləri müzakirə edəcəkləri gözlənilir.

M.Əliyev onu da bildirib ki, Rusiyanın təhsil və elm naziri Andrey Fursenkonun dəfələrlə təxirə salınan səfərinin də baş tutucağı ehtimal edilir. Tərəflər qarşıdakı səfərlə bağlı hazırlıqlara başlamaq niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti