...

Ombudsman Elmira Süleymanova: "Azərbaycanda hər kəsin vicdan və dini azadlığı dövlət tərəfindən təmin olunur"

Cəmiyyət Materials 1 Mart 2006 18:57 (UTC +04:00)

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova BMT-nin İnsan Hüquqları Komissiyasının din və etiqad azadlığı məsələləri üzrə xüsusi məruzəçisi Əsma Cahangiri qəbul edib. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.

Görüşdə ombudsman Azərbaycan əhalisinin milli və dini tərkibi, din və vicdan azadlıqlarının durumu barədə qonağa məlumat verib. E.Süleymanova bildirib ki, Azərbaycan dünyəvi dövlətdir, bütün millətlər və dini icmalar bərabər hüquqlara malikdir, hər kəsin vicdan azadlığı dövlət tərəfindən təmin edilir, millətlərarası və dinlərarası dözümlülük mühiti qorunub saxlanılır. Ombudsman dini icmaların vəziyyəti, uşaqların bəzi dini qurumlara cəlb edilməsi, həmçinin dini nifaq salan ədəbiyyatların yayılmasının qarşısının alınması ilə bağlı qonağın suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti