...

Nigar Bağırova Avropa çempionatında gümüş medal qazanıb

Cəmiyyət Materials 3 Mart 2006 15:55 (UTC +04:00)

Azərbaycan atıcısı Nigar Bağırova bu günlərdə Moskvada atıcılıq üzrə keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb.

Trend bildirir ki, idmançı yeniyetmələr arasında on metr məsafəyə pnevmatik tapançadan atəşaçmada fərqlənib. Qırx atəşi icra edən N.Bağırova yekunda 479,7 balla yarışın finalına düşüb. Ondan daha yaxşı yalnız Serbiya və Çernoqoriyadan olan yarışın qalibi Zorana Arunoviç olub.

Qeyd etmək lazımdır ki, Münhendəki turnirdə çempionata hazırlıq çərçivəsində çıxış edən N.Bağırovanın karyerasında bu, ilk uğurdur. İndi o, qarşıdakı seçmə oyunlarda olimpiya putyovkası üçün mübarizəyə başlaya bilər.

Xəbər lenti

Xəbər lenti