...

Şahin Diniyev yeni adların axtarışını davam etdirir

Cəmiyyət Materials 4 Mart 2006 13:04 (UTC +04:00)

Azərbaycanın futbol yığmasının baş məşqçisi Şahin Diniyev milli komandaya yeni namizədlərin axtarışını davam etdirir.

Məşqçinin Trend ə verdiyi məlumata görə, hazırda o, yığmada çıxış edən futbolçuların oyunlarını diqqətlə müşahidə edir. "Yeni adların axtarışı qətiyyən başa çatmayıb. Yeni oyunçuların potensialını yoxlamaq üçün irəlidə bizi kifayət qədər yoxlama görüşləri gözləyir", - deyə o qeyd edib. Ş.Diniyev vurğulayıb ki, yığmanın qapıları həmişəki kimi hamının üzünə açıqdır və müdafiəçi Ruslan Abbasov, forvard Zaur Tağızadə kimi bir sıra zədəli futbolçuları hesabdan silməyib.

Xatırladaq ki, komandanın Türkiyəyə qarşı yoldaşlıq görüşü aprelin 12-də Bakıda keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti