...

Vəkil Adil İsmayılov Ramil Səfərovla görüşüb

Cəmiyyət Materials 6 Mart 2006 16:46 (UTC +04:00)

Martın 6-da vəkil Adil İsmayılov erməni zabiti Qurgen Markaryanı öldürməkdə təqsirli bilinən və hazırda Budapeşt həbsxanasında saxlanılan zabitimiz Ramil Səfərovla görüşüb. Bu barədə Trend ə Adil İsmayılov məlumat verib.

Vəkilin sözlərinə görə, Ramil Səfərovun səhhəti normaldır və saxlanma şəraitindən də heç bir narazılığı yoxdur. "Ramil Səfərov martın 7-də başlanması nəzərdə tutulan məhkəməyə ciddi şəkildə hazırlaşır" - deyən vəkli həmçinin qeyd edib ki, R.Səfərovun əsas məqsədi etdiyi hərəkətin kökündə dayanan səbəbləri məhkəmə vasitəsiylə beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırmaqdır.

A.İsmayılov ekspertiza rəyi barədə hələ də konkret məlumata malik olmadığını bildirməklə yanaşı qeyd edib ki, yaxın saatlarda Ramil Səfərovun Budapeştdəki vəkilləri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti