...

Aprelin ilk ongünlüyündə vəkilliyə imtahanlarla əlaqədar sənəd qəbulu başlanacaq

Cəmiyyət Materials 7 Mart 2006 12:17 (UTC +04:00)

Aprelin ilk ongünlüyündə Azərbaycanın regionlarında vəkil kimi fəaliyyət göstərmək istəyən hüquqşünasların imtahanları ilə əlaqədar sənəd qəbulu başlanacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov məlumat verib.

"İmtahanların keçirilməsi regionlarda əhaliyə göstərilən hüquqi yardımın səmərəsinin artırılması məqsədilə Prezidentin 19 yanvar 2006-cı il tarixdə imzaladığı Fərmanın tələblərindən irəli gəlir. Məlum olduğu kimi, regionlarda Apellyasiya Məhkəmələrinin yaradılması ilə əlaqədar həmin regionlarda vəkillərin sayının artırılmasına da ehtiyac var" - deyə sədr müavini söyləyib.

F.Nəcəfovun sözlərinə görə, Vəkillər Kollegiyasının üzvlərinin artırılması məsələsi də gündəmdədir. VK-ya müraciət etmiş 6 nəfər lisenzyalı hüquqşünasdan 5-i son iki gün ərzində VK-ya üzv qəbul edilşib. "Son 1 il ərzində Vəkillər Kollegiyasının üzvlüyünə 160 nəfərə yaxın lisenziyalı hüquqşünas qəbul edilib. Hazırda respublikada fəaliyyət göstərən vəkillərin sayı 545 nəfərdir" - deyə F.Nəcəfov bildirib.

Xəbər lenti

Xəbər lenti