...

BMT-nin ərzaq proqramı Azərbaycanın 60 min məktəbini əhatə edəcək

Cəmiyyət Materials 7 Mart 2006 14:39 (UTC +04:00)

BMT-nin Ümumdünya ərzaq proqramı "Təhsil uğrunda ərzaq proqramı" çərçivəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir. Azərbaycanın Təhsil nazirliyindən Trend ə verilən məlumata görə, əməkdaşlığın prespektivləri bu günlərdə nazirlikdə proqramın məsləhətçisi və əlaqələndiricisinin görüşündə müzakirə olunub.

Proqramın məsləhətçisi Saranda Qayatın sözlərinə görə, 2006-2008-ci illərdə proqramın Azərbaycanın 11 rayonunda həyata keçirlməsi nəzərdə tutulur və bu proqram 5 min məktəbi və 60 min şagirdi əhatə edəcək. Xatırladaq ki, proqramın gerçəkləşdirilməsinə 2003-cü ildən başlanılıb və hazırda proqram çərçivəsində göstərilən ərzaq yardımı respublikanın 10 rayonunun 98 məktəbində 5300 şagirdi əhatə edir.

Xəbər lenti

Xəbər lenti