...

Namiq Abdullayev Daşkənddə keçiriləcək turnirdə çıxış edəcək

Cəmiyyət Materials 7 Mart 2006 16:23 (UTC +04:00)

Azərbaycanın sərbəst güləş üzrə komandası martın 12-də Daşkənddə başlayacaq "Qran-Prinin qızıl silsiləsi"nin növbəti mərhələsində iştirak edəcək.

Milli Federasiyanın baş katibi Mətləb Məmmədovun Trend ə verdiyi məlumata görə, kollektivin tərkibinə Sidney Olimpiya çempionu Namiq Abdullayev, Namiq Sevdimov (55 kq), İbad Məmmədzadə (60 kq), Avropa birinciliyinin gümüş mükafatçısı Elman Əsgərov (66 kq), Elşad Allahverdiyev (74 kq), Vüqar Qurbanov (96 kq) və Xızır Durqayev (120 kq) daxildir. Köhnə dünyanın ən gücülü atletlərinin iştirak edəcəyi yarışda Aslan Ağayev başda olmaqla məşqçilər qərargahı həm yığmaya namizədləri, həm də yaxın ehtiyatı yoxlayacaq.

Xatırladaq ki, "Qızıl silsilə"nin finalı yayda H.Əliyev adına idman-konsert kompleksində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti