...

Moskvanın Bauman bazarında xəsarət almış Azərbaycan vətəndaşı respublikanın səhiyyə nazirinə məktubla müraciət edib

Cəmiyyət Materials 7 Mart 2006 17:56 (UTC +04:00)

Bir neçə gün əvvəl Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev fevralın 24-də Moskvanın Basman bazarındakı hadisə nəticəsində ayaqları kəsilmiş və ərini itirmiş qadından məktub alıb. Trend in verdiyi xəbərə görə, Azərbaycanın Səhiyyə Nazirliyinin yaydığı press-relizdə bildirilir ki, xəsarət almış qadın nazirə Bakı Dövlət Universitetinin ödənişli fakultəsində oxuyan oğlunun təhsil haqqını ödəmək üçün maddi vəsaitin çatışmaması xahişi ilə müraciət edib.

Sənəddə həmçinin, göstərilir ki, zərəçəkmiş qadının oğlu İsmayıl Süleymanov BDU-nin beynəlxalq əlaqələr fakultəsinin ödənişsiz şöbəsinə keçirilib.

Xəbər lenti

Xəbər lenti