...

Martın 8-nə olan vəziyyət üzrə Salyan rayonunda "quş qripi" virusuna şübhəli yeni xəstələr aşkar edilməyib

Cəmiyyət Materials 9 Mart 2006 12:18 (UTC +04:00)

8 mart 2006-cı il tarixinə olan vəziyyətə əsasən, Salyan rayonunun Sarvan və Dayıkənd kəndlərində son iki gündə quş qripinə şübhəli yeni xəstələr aşkar edilməyib. Trend in xəbər verdiyi kimi, bu barədə Səhiyyə nazirliyinin press-relizində deyilir.

Məlumatda bildirilir ki, əvvəlki günlərdə hospitallaşdırılmış 8 xəstədən 6-sı sağalaraq xəstəxanalardan evə yazılıblar.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq aparılmış müalicəyə baxmayaraq Salyan rayonunun Sarvan kənd sakini Qasımova Günel 8 mart tarixdə vəfat edib. Salyan rayonunun Dayıkənd sakini Əsgərov Şahmarın vəziyyəti isə ağırdır.

Səhiyyə Nazirliyinin müraciətinə əsasən, konsultativ köməklik göstərilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən iki ekspert Azərbaycana göndərilib və mart ayının axırınadək burada olacaqlar.

Quş qripi virusunun müayinəsi və identifikasiyası məqsədilə götürülmüş nümunələr Londonun referens laboratoriyasına göndərilməsi üçün hazırlanır.

Xəbər lenti

Xəbər lenti