...

Yeni yaradılmış Azərbaycan Gənclər və İdman Nazirliyinin yeni strukturu martın sonuna kimi təsdiq ediləcək

Cəmiyyət Materials 9 Mart 2006 13:25 (UTC +04:00)

Yeni yaradılmış Azərbaycan Gənclər və İdman Nazirliyinin yeni strukturu martın sonuna kimi təsdiq ediləcəyi gözlənilir. Bu barədə Trend ə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətinin rəisinin səlahiyyətlərinin icrasıçı Raqif Abbasov məlumat verib.

Onun sözlərinə görə, Nazirliyin yeni strukturunun layihəsi hökumətə fevral ayında təqdim olunub. Azərbaycan przidentinin bir sıra Nazirliklərin yenidən təşkil olunması barədə prezzidentin fərmanı dərc olunduqdan sonra Təsviyyə komissiyası yaradılıb və bir sıra tədbirlər həyata keçirib. Belə ki, Azərbaycanın Nazirlər Kabinetinin sərəncamı ilə yaradılan komissiyaya 2 ay müddətində keçmiş Nazirliyini fəaliyyəti, o cümlədən maliyyələşdirmə ilə bağlı məsələləri nizamlamaq tapşırılıb.

R,Abbasovun sözlərinə görə, hələləik təkcə nazir və onun bir müavini təyin edilib. Nazirliyin digər əməkdaşları öz səlahiyyətlərini davam etdirməkdə davam edirlər və bu və ya digər vəzifənini səlahiyyətlərinin icraçısı kimi öz səlahiyyətlərini icra edirlər. Nazirliyin aparatı isə, həm gənclərlə bağlı, zəm də idman sahəsində öz işini davam etdirir.

Qeyd edək ki, Azərbaycan prezidentinin Gənclər, İdman və Turizm Nazirliyinin yenidən təşkil edilməsi barədə fərmanı ilə əlaqədar Gənclər və İdman Nazirliyi, Mədəniyət Nazirliyi yerində isə Mədəniyyət və Turizm Nazirliyi yaradılıb.

Dövlət başçısının digər sərəncamları ilə Azərbaycanın keçmiş mədəniyyət, idman və turizm naziri Əbülfəq Qarayev mədəniyyət və turizm naziri, Gənclər və İdman Nazirliyinini rəhbəri isə Azad Rəhimov təyin edilib.

Xəbər lenti

Xəbər lenti